Türkiyə və İsrailin XİN başçıları arasında TELEFON DANIŞIĞI – 13 ildən sonra

Hazırda oxunan: Türkiyə və İsrailin XİN başçıları arasında TELEFON DANIŞIĞI – 13 ildən sonra

56644

Türkiyə və İsrail xarici işlər nazirləri 13 ildən sonra ilk dəfə bir-biri ilə telefonla danışıblar.

Bizim.Media “Yerusəlim Post”a istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı İsrailin xarici işlər naziri Yair Lapidə zəng edib. 

Bu, son 13 ildə ölkələrin yüksək səviyyəli diplomatları arasında ilk zəng olub. İsrail tərəfindən verilən məlumata görə, Çavuşoğlu COVID-19 testinin nəticəsi müsbət çıxan Lapidə şəfa diləyib.

Bu zəng iki ölkə arasında son zamanlar qarşılıqlı dostluq mesajlarının verilməsi fonunda baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında İsrail prezidenti İsaak Hersoqla görüşə biləcəyini xatırladıb və bildirib ki, baş nazir Naftali Bennet bununla bağlı “müxtəlif səviyyələrdə mesajlar verir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin