“Həzrəti Adəmə uzanan dilləri qoparmaq bizim borcumuzdur”
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur müğənni Sezen Aksunun “Şahane bir şey yaşamaq” mahnısında Adəm və Həvvanı “cahil” adladırmasından danışarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğandan mühüm AÇIQLAMA: “Yaxın zamanda Moskvaya səfər edə bilərik”
Cümə namazından sonra çıxış edən Ərdoğan bildirib ki, belə hallar yolverilməzdir:
“Təhqirlərin mini bir qəpik. O uzanan dilləri yeri gələndə qoparmaq bizim borcumuzdur. Həzrəti Adəm əfəndimizə kiminsə dili uzana bilməz. Həvva validəmizə kiminsə dili uzana bilməz. Onlara həddini bildirmək bizim borcumuzdur”.
Bizim.Media