Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtləri nəzərdə tutur.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.
"Biz hərtərəfli sülh müqaviləsinin formalaşdırılması üzərində işi davam etdirəcəyik. Bunun üçün Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərin "üçlüyü" çərçivəsində həllini tapmalıyıq”. “Sputnik Ermənistan” nəşri Qriqoryanın dediklərindən sitat gətirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Təhlükəsizlik Şurasının katibi Bakıya gələcək – RƏSMİ AÇIQLAMA
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev demişdi ki, Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməli, bundan nəticə çıxarmalıdır və Bakı Ermənistandan müvafiq cavablar gözləyir.
Bizim.Media