Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Bizim.Media-nın xəbərinə görə, diplomat bununla bağlı tviter hesabında paylaşım edib.
“Bu gecə qərənfillərin ağladığı gecə, bu gün Günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda müstəqillik, azadlıq uğrunda şəhid olan can qardaşlarımızın xatirəsini hörmət və ehtitamla anırıq. Ruhları şad, məkanları cənnət olsun. Onları unutmayacağıq”, - səfir bildirib.
Bizim.Media
Bu gece ‘karanfilin ağladığı gece’
— Cahit Bağcı (@CahitBagci) January 19, 2022
Bu gün ‘güneşin doğmadığı gün’ dür.
20 Ocak 1990’da Bakü’de
özgürlük,hürriyet,bağımsızlık ve egemenlik uğrunda şehit düşen can kardeşlerimizi saygıyla ve rahmetle anıyoruz. Ruhları şad mekanları Cennet olsun. Unutmayacağız.???#20yanvar pic.twitter.com/eVMWq5nIi6