Paşinyan atasının ölümünə niyə sevindi? - AÇIQLAMA

Hazırda oxunan: Paşinyan atasının ölümünə niyə sevindi? - AÇIQLAMA

5626

İndi Ermənistan Baş naziri Azərbaycan Prezidenti ilə üz-üzə gəlməkdən qorxduğu qədər, heç nədən qorxmur.

KTMT-nin iclasında Azərbaycan və Türkiyəyə qarşı sərsəm bəyanatlar səsləndirən erməni lider MDB-nin iclasında iştirakdan imtina edib. Səbəb kimi isə, atasının ölümünü göstərib. 

“Əsl səbəb odur ki, Paşinyan İlham Əliyevlə üzbəüz gəlməkdən qorxur” deyən politoloq İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bildirdi ki, erməni liderin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasındakı çıxışı da məntiqsiz idi:

“İclasda Paşinyan Azərbaycan və Türkiyəni birgə fəaliyyətdə günahlandırdı və təşkilatın digər üzvlərindən yardım istədi. Lakin erməni lideri gördü ki, onun çıxışlarını, hətta KTMT-yə üzv olan ölkələr ciddiyə almır. Bu səbəbdən də Nikol MDB iclasına qatılmağa ürək eləmədi, çünki prezident İlham Əliyev ilə üzbəüz gəlmək erməni liderinin ən çox qorxduğu hadisələrdəndir”.

Buna səbəb kimi, istər MDB-nin daha öncəki iclasını, istər Münhen debatını göstərmək olar. Əlavə etmək lazımdır ki, 44 günlük savaş ərzində də həm Azərbaycan, həm də Ermənistan dövlət başçıları xarici medianın canlı yayımlarında suallara cavab verirdilər. 

“Hətta erməni xalqı da deyir ki, baxın Azərbaycan prezidenti necə geniş və möhtəşəm çıxış edir, amma Paşinyan bir sözü digərinin ardına qoşa bilmir. Həqiqətən də Paşinyan o qədər pərt olub ki, artıq obyektiv önünə çıxmaqdan çəkinir. Prezident İlham Əliyev ilə bir masa arxasında, və yaxud üzbəüz oturmaq erməni lideri üçün ən arzuolunmaz situasiyadır”.

Atasının ölüm xəbəri ilə MDB iclasından yayınan Paşinyanın iclasda önə çəkməyə arqumentləri, ona ünvanlanacaq suallara cavabı da yoxdur. Politoloq İlqar Vəlizadə əlavə etdi ki, Paşinyan da anlayır ki, prezident İlham Əliyev Ermənistan Baş nazirinin ağzını yuma bilir:

“Bundan başqa Ermənistanda Nikolun vəziyyəti yaxşı deyil və o hər an devrilə bilər. Təsəvvür edin, onsuz da Paşniyanın məntiqsiz siyasətindən cana doymuş ermənilər onun MDB iclasında növbəti gülünc vəziyyətinə nə reaksiya verərdilər”.

Qeyd edək ki, Paşinyanın belə tədbirlərdə iştirakdan boyun qaçırmasının digər səbəbi də Mingəçevir, Bərdə, Tərtər, Gəncəni hücuma məruz qoyması və Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi amansızlıqlardır. Buna görə də, elə ermənilərin təbirincə desək – “öz atasının ölümünə Paşinyan qədər sevinən olmayıb”. Çünki sual qarşısına çıxmamaq üçün erməni liderinin yas bəhanəsi var. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin