Bu gün Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyanın çıxışı zamanı ehtiraslar yenidən alovlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər “Yerevan Today” Telegram kanalında yayılıb.
Videoda Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi elçi, vitse-spiker Ruben Rubinyan onu xəyanətdə günahlandıran və “Türkiyə agenti” adlandıran müxalifət partiyaları ilə söz “müharibəsinə” başlayıb:
“Qulaq as mənə! Burada durub mənim yanımda “Türk agenti” olduğumu deyə bilən varmı? Belə bir ifadəyə cavab olaraq həm səbrimi, həm də xoş xasiyyətimi unuduram. Ya cavab verərəm, ya da sizə bir şey edərəm. Əmin ola bilərsiniz, bunu edərəm, Sakitləşin və harada olduğunuzu, nədən danışdığınızı və kimlə danışdığınızı unutmayın”.
Zaldan isə “Bacarmazsan” səsi eşidilib. Bu zaman Rubinyan ayağa qalxıb, müxalifətçiyə doğru addımlayıb və cəld də geri qayıdıb.
Qeyd edək ki, dava “Ermənistan” fraksiyasının qadın deputatı Ripsime İstanbulyanın iradına görə başlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
14:28 / 17.01.2022
Ermənistan parlamentində dava: Türkiyə üzrə elçi qadın deputatı döymək istədi - VİDEO
Hazırda oxunan: Ermənistan parlamentində dava: Türkiyə üzrə elçi qadın deputatı döymək istədi - VİDEO
Hazırda oxunan: Ermənistan parlamentində dava: Türkiyə üzrə elçi qadın deputatı döymək istədi - VİDEO
55780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.