Ermənistanın Rusiyadan aldığı Su-30SM qırıcıları Azərbaycanın texnikası ilə rəqabət apara bilməz.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Britaniyanın Oryx nəşri yayıb.
Mənbə qeyd edir ki, Ermənistanın Rusiyadan dörd Su-30SM qırıcısı alması sirr olaraq qalır, çünki bu təyyarələr Azərbaycan üzərində keyfiyyət və kəmiyyət üstünlüyünü reallaşdırmağa imkan vermir.
MÖVZU İLƏ BAĞLI:
Rusiya qırıcıları İrəvanda havaya qalxdı – SƏBƏB - VİDEO
Həmçinin bildirilir ki, İrəvanın Moskvadan dörd əvəzinə ilkin olaraq planlaşdırılan on iki Su-30SM alması böyük maliyyə tələb edib və bu, ölkənin kiçik büdcəsi üçün ağır olub.
Jurnalistlər qırıcıları Rusiyaya geri satmağı məsləhət görüblər, çünki bu dörd “ağ fil” Azərbaycanın texnologiyasına müqavimət göstərmək üçün kifayət etməyəcək. Qənaət edilən vəsaitin silahlı qüvvələrin digər sahələrinə yönəldilməsi təklif edilir.
Bizim.Media