Britaniya parlamentinin müdafiə komitəsinin rəhbəri Tobias Ellvud bu gün deyib ki, Putin qoşunlarının Ukraynaya müdaxiləsi qaçılmazdır. Siyasətçi vurğulayıb ki, gələn həftə həlledici ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Independent” nəşri yayıb.
Ellvud qeyd edib ki, NATO Rusiya prezidentinin hədələrinə boyun əyməkdən imtina etdikdən sonra Kremlin sahibinin simasını saxlamaq üçün yalnız bir çıxış yolu qalıb.
Britaniyalı siyasətçi xəbərdarlıq edib: “Biz prezident Putini küncə sıxışdırdıq, ona yalnız bir çıxış yolu saxladıq”.
Ellvud vurğulayıb ki, NATO-nun əvvəllər Rusiyanın işğalından yayınmaq üçün Ukraynada kifayət qədər hərbi texnika və qoşun yerləşdirmək imkanı var idi:
“Ancaq NATO ölkələri bunu etməyib. Ona görə də hadisələrin gələcək inkişafı yalnız Putindən asılıdır və bütün bunların nə ilə nəticələnəcəyi gələn həftə bəlli olacaq”.
Eyni zamanda, Ellvud qeyd edib ki, Putin Kiyevə qarşı birbaşa təcavüzə başlamazdan əvvəl iki dəfə düşünsə yaxşı olar.
Daha əvvəl lenta.ua saytı bildirmişdi ki, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi halında 18 fəaliyyət ssenarisi hazırlayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
18:05 / 16.01.2022
Rusiya Ukraynaya bu tarixdə hücum edəcək
Hazırda oxunan: Rusiya Ukraynaya bu tarixdə hücum edəcək
Hazırda oxunan: Rusiya Ukraynaya bu tarixdə hücum edəcək
55657
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.