Zəngilanda baş verən zəlzələ Ermənistanda 4,3 bal gücündə hiss olunub

Hazırda oxunan: Zəngilanda baş verən zəlzələ Ermənistanda 4,3 bal gücündə hiss olunub

55605

Bazar günü Ermənistanın Azərbaycanla sərhədində yerləşən Zəngəzur (Sünik) rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilanda zəlzələ oldu


Qeyd olunur ki, Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi yanvarın 16-da saat 07:25-də Qafan şəhərindən 12 kilometr cənub-şərqdə (Sünik rayonu) zəlzələ qeydə alıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə zəlzələnin gücü 5-6 bal təşkil edib.

Zəlzələ Ermənistanın Qafan və bir sıra kəndlərində 4-5 bal, Vayk və Yeqqnazdor şəhərlərində (Vayots Dzor rayonu), həmçinin Azərbaycanın Xankəndi şəhərində 3-4 bal gücündə hiss olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin