Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Serdar Kılıçın cümə günü Moskvada baş tutan ilk görüşü ilə bağlı açıqlama yayıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, açıqlamada xüsusi nümayəndələrin konstruktiv, qeyri-siyasi şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdirdikləri bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan-Türkiyə danışıqları davam edəcək – Moskva görüşünün YEKUNU
“Tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə, açıqlıq ruhunda və praktiki nəticələrə diqqət yetirərək, sadədən mürəkkəbə doğru “kiçik addımlarla” keçirməyə hazır olduqlarını nümayiş etdirdilər”, - açıqlamada qeyd edilib.
Xarici İşlər Nazirliyi tərəflərin regionda sabitlik və iqtisadi tərəqqi maraqlarına uyğun olaraq iki ölkə xalqının rifahı naminə işləyəcək ümumi əsasların axtarışını davam etdirmək barədə razılığa gəliblər.
Bizim.Media