Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin milli və beynəlxalq adının “Türkiye” kimi istifadə olunmasının beynəlxalq arenada daha effektiv şəkildə işıqlandırılması məqsədilə “Hello Türkiye” adlı kampaniyaya start verib.
Bizim.Media xəbər verir ki, Türkiyə markasının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində hazırlanan video Kommunikasiya İdarəsinin sosial şəbəkə hesablarında paylaşılıb.
Türkiyənin müxtəlif yerlərində xarici turistlərin öz tələffüzləri ilə “Hello Türkiye” deyərək mesajlarını göndərdiyi video qlobal influenserlərin “#helloTürkiye” etiketi ilə sosial şəbəkə paylaşımlarıyla bir çox ölkədə qarşılıqlı təsir yaradır.
Kampaniya ilə sosial şəbəkə vasitəsilə əcnəbilərin Türkiyə adını müxtəlif dillərdə istifadə etmələrinin qarşısı alınaraq “Türkiye” ifadəsinin işlədilməsi hədəflənir.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mövzu ilə bağlı şərhində dekabr ayında prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyənin adının beynəlxalq arenada yalnız “Türkiye” kimi istifadə edilməsinə dair sənədin dərc edildiyini xatırladıb.
O, bu qərarın beynəlxalq arenada Türkiyə markasının gücləndirilməsi hədəfi istiqamətində atılan mühüm addım olduğunu, Türkiyənin hər sahədə olduğu kimi dil, ünsiyyətdə də mənliyini və kimliyini gücləndirdiyini vurğulayıb.
Türkiyə markasını gücləndirmək üçün Türkiyə Marka Ofisi quracaqlarını bildirən Altun ofisin Türkiyənin qlobal marka kimliyi sahəsində işlər görəcəyini, ölkənin imicinin və marka dəyərinin güclənməsinə töhfə verəcəyini qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:30 / 13.01.2022
Dünya üzrə “Hello Türkiye” kampaniyasına start verilib - VİDEO
Hazırda oxunan: Dünya üzrə “Hello Türkiye” kampaniyasına start verilib - VİDEO
Hazırda oxunan: Dünya üzrə “Hello Türkiye” kampaniyasına start verilib - VİDEO
55225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.