Saakaşvili bu şəxslərdən ÜZR İSTƏDİ: "Heç istəməzdim..."

Hazırda oxunan: Saakaşvili bu şəxslərdən ÜZR İSTƏDİ: "Heç istəməzdim..."

55198

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili məhkəmədə çıxışı zamanı ona Gürcüstan sərhədini keçməyə kömək etdiklərinə görə həbs olunan şəxslərdən üzr istəyib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinaədn xəbər verir ki, cümə axşamı Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı növbəti məhkəmə iclası keçirilib. Görüş Gürcüstan teleşirkətləri tərəfindən canlı yayımlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Saakaşvili həbsxanaya köçürüldü


“İlk növbədə onlara ədəblərinə görə təşəkkür etmək istəyirəm və üzr istəyirəm ki, öz işi ilə çörəkpulu qazanan bu insanlar mənim ucbatından bir neçə aylarını itirməli olublar... Bir daha üzr istəyirəm ki, insanlar mənə görə əziyyət çəkdilər. Heç istəməzdim ki, bu adamlar hansısa yolla əzilsin”, - Saakaşvili bildirib.

Saakaşvili vətəninə qayıtdıqdan sonra Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Elqudja Tsomaya, Giorgi Narimanidze, Zurab Tsotsoriya və Şalva Tsotsoriyanı Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsinə və ölkə daxilində hərəkətinə şərait yaratmaqda ittiham edərək saxlayıblar.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Bundan əvvəl Gürcüstanda o, bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinci halda Saakaşvili üç il, ikincisində isə altı il müddətinə azadlıqdan məhrum edilib.

Bundan əlavə, o, 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” teleşirkətinin talan edilməsi və dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı işlərdə təqsirləndirilən şəxsdir.

Onlara hələ də məhkəmələr baxılır. Gürcüstan hakimiyyəti Saakaşvilini azad etməkdən imtina edir. Baş nazir İrakli Qaribaşvili bildirib ki, eks-prezident uzun müddət həbsdə qalacaq, o, bütün müddətini çəkəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin