Rusiyadan Azərbaycana uçuşlara tələbat bir ildə 476 faiz artıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Tinkoff Səyahətlər” xidmətinin tədqiqat nəticələrində deyilir.
2021-ci ildə sorğuda iştirak edən Rusiya vətəndaşlarının 70 faizdən çoxu ölkə daxili aviareyslərdən istifadə ediblər.
MÖVZU İLƏ BAĞLI:
Almatıya ilk beynəlxalq reys Antalyadan gəldi – VİDEO
Tələbatın ən böyük artımı Kaluqa, Maxaçkala və Nijni Novqorod şəhərlərinə aviareyslərə qeydə alınıb. Alınmış aviabiletlərin sayına görə ən populyar istiqamətlər Moskva, Sankt-Peterburq, Krasnodar vilayətinin kurort zonalarıdır.
2021-ci ildə ən çox populyarlıq qazanan xarici istiqamətlər Türkiyə, BƏƏ, Yunanıstan və Kipr olub. Bu istiqamətlərə tələbat bir ildə 50-70 faiz artıb.
Tədqiqat “Tinkoff Səyahətlər” xidmətinin məlumatlarına və 2021-ci ildə 18 yaşından yuxarı 22 min Rusiya regionları sakinlərinin arasında “Tinkoff” əlavəsində aparılmış sorğu nəticələrinə əsaslanıb.
Bizim.Media