Batumidə yaşayış binasının bir hissəsinin uçması ilə bağlı həbs edilən Azərbaycan vətəndaşı Zaur Budaqov və daha iki nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Sputnik Azərbaycan” nəşrində yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Batumidə uçan binaya görə günahlandırılan azərbaycanlının məhkəməsi KEÇİRİLİR
Mənbə qeyd edir ki, bu gün tərəflər sübutları Batumi Şəhər Məhkəməsinə təqdim edəcəklər. Müdafiə tərəfi girov müqabilində həbs olunanların azadlığa buraxılması üçün vəsatət qaldıracaq.
Prosesdə həlak olanların ailə üzvləri də iştirak edir. Onlar təqsirləndirilən şəxslərin cəzalandırılmasını tələb edirlər.
Xatırladaq ki, Batumidə 8 oktyabr 2020-ci ildə yaşayış binasının bloklarından biri uçub. 3-ü uşaq olmaqla 9 nəfər həlak olub.
Uçulmaya səbəb Budaqova məxsus birinci mərtəbədə yerləşən mənzildə daşıyıcı divarın sökülməsi olub.
Bizim.Media