Azərbaycanla sərhəddə təxribat törədən Ermənistan 2 hərbçisinin öldüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, daha 2 erməni hərbiçi də yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Müdafiə Nazirliyindən yeni açıqlama: Kəlbəcər istiqamətində vəziyyət gərgindir
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirib.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bizim.Media