Ermənistan meyitlərini yığıb qurtara bilmir

Hazırda oxunan: Ermənistan meyitlərini yığıb qurtara bilmir

5488

Ermənistanın rəsmi dairələrinin məlumatına görə, dekabrın 14-də yaşanan insident zamanı Hadrut bölgəsinin Xtsaberd və Xin Taxer kəndlərində təxminən 73 erməni silahlıları itkin düşüb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, ölkədə yayılan qeyri-rəsmi məlumatlara görə isə itkin düşənlərin sayı 171 nəfərdir. Lakin Müdafiə Nazirliyi bu xəbərlərin həqiqətə uyğun olmadığını deyir.

Sonuncu insidentlə bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyan Qarabağa gedib.

Bundan başqa xalqı hiddətləndirən daha bir məsələ müharibə zamanı olan itkilərin cəmiyyətə açıqlanmamasıdır. Ermənistan hakimiyyəti reallığı təhrif etməyə və narazılıq dalğasına səbəb ola biləcək məlumatları ictimaiyyətdən gizlətməyə davam edir. 

Politik.am yazır ki, həlak olanların, yaralananların, itkin və əsir düşənlərin sayı hələ rəsmi olaraq elan edilməyib.

Sayt xatırladır ki, bir neçə həftə əvvəl eks prezident Sarkisyanın kürəkəni Mikael Minasyan 11.450 ölü olduğunu açıqlasa da rəsmi dairələr bunu təkzib etmişdi. Lakin vəziyyətin gedişatı onun haqlı olduğunu ortaya qoyur.

Politik.am nəşri hökumətdəki gizli mənbələrə istinadən bildirir ki, hazırda 1400 itkin düşən və 700 tanınmaz meyitin olduğu söylənilir. Məlumata görə, itkin sayılanların əksəriyyəti həlak olub, lakin onların meyitləri Ermənistan ərazisində deyil. Hazırda meyitxanalarda şəxsiyyəti müəyyən edilməyən, 700 meyit var.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin