Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Füzuli, Tərtər və Xocavənd rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 18 (on səkkiz) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 2 (iki) müraciət daxil olub.
Bizim.Media-dan ANAMA-dan verilən məlumata görə, daxil olmuş 20 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd bombacıq, 32 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina, 49 ədəd tank əleyhinə minanın partladıcısı, 284 ədəd müxtəlif çaplı patronlar, 400 qram partlayıcı (TNT) və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 111 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilmiş, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Region
09:43 / 17.12.2020
Ermənilərin yerləşdirdiyi minalar aşkarlandı - FOTO
Hazırda oxunan: Ermənilərin yerləşdirdiyi minalar aşkarlandı - FOTO
Hazırda oxunan: Ermənilərin yerləşdirdiyi minalar aşkarlandı - FOTO
5476
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.