"Rəsmi İrəvan 6 ildir ki, hər vəchlə Dilqəm Əsgərovla Şahbaz Quliyevi qaytarmaqdan boyun qaçırırdı".
Bizim.Media xəbər verir ki, bu sözləri televiziya proqramlarının birində qonaq olan əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirib.
O qeyd edib ki, dekabrın 14-də Azərbaycana qaytarılan 14 nəfərdən 12-si hərbçi, 2 nəfər isə mülki şəxslərdir:
"Oktyabrın 29-dan bu yana Azərbaycan 54 ermənini qarşı tərəfə təhvil verib. Onlardan 31-i hərbçi, 23-ü mülki şəxs idi. Azərbaycan bu prosesdə də humanistliyini göstərib''.
''Çünki ilk qaytarılan erməni mülki şəxslər xəstə və yaşlılar idi''.
Eldar Səmədov əlavə etdi ki, prezident İlham Əliyev Dilqəm Əsgərovla Şahbaz Quliyevin qaytarılmasını Dövlət Komissiyasının qarşısına əsas vəzifə kimi qoymuşdu.
"Sadəcə, 6 ildir ki, rəsmi İrəvan Dilqəmlə Şahbazın qaytarılmasını işğal etdikləri torpaqlarımızda o vaxt qurduqları separatçı rejimin üzərinə atmaqla prosesi siyasiləşdirmək istəyirdi. Yəni Əsgərovla Quliyevi nəyin bahasına olursa, olsun geri qaytarmamağa çalışırdılar" deyə Dövlət Komissiyasının rəsmisi bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:56 / 16.12.2020
Ermənistan kimləri əsirlikdən geri qaytarmaq istəməyib? - Ətraflı
Hazırda oxunan: Ermənistan kimləri əsirlikdən geri qaytarmaq istəməyib? - Ətraflı
Hazırda oxunan: Ermənistan kimləri əsirlikdən geri qaytarmaq istəməyib? - Ətraflı
5380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.