Azərbaycan ötən il çoxlu sayda silah alıb. Üstəlik, həmin silahlardan bir çoxu əvvəllər heç vaxt onlarda olmayıb.
Bizim.Media xəbər verir ki, erməni hərbi ekspert Van Ambartsumyan “Fastinfo”ya verdiyi müsahibəsində bu fikirləri bildirib.
“Azərbaycan 18 ölkədən silah alıb, Qarabağda yeni hərbi hissələr açıb, Ermənistan isə Rusiyanın öz silahlarından xeyriyyə yardımı kimi nə göndərəcəyini gözləyir", - V.Ambartsumyan deyib.
Ekspert onu da əlavə edib ki, Rusiya bəzən Ermənistana müxtəlif növ silahlar göndərir, lakin bu, kifayət etmir:
“Ermənistanla Azərbaycan arasında silah balansı pozulur. Müharibə yenidən başlasa, bu tarazlıq Ermənistanın başında pozulacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
22:06 / 02.01.2022
“Ermənistan Rusiyadan xeyriyyə yardımı kimi silah gözləyir” – Erməni ekspert
Hazırda oxunan: “Ermənistan Rusiyadan xeyriyyə yardımı kimi silah gözləyir” – Erməni ekspert
Hazırda oxunan: “Ermənistan Rusiyadan xeyriyyə yardımı kimi silah gözləyir” – Erməni ekspert
53620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.