Erməni aktyor: “Şuşa bizə lazım idi?” – VİDEO

Hazırda oxunan: Erməni aktyor: “Şuşa bizə lazım idi?” – VİDEO

53579

“Harada ki, ermənilər hər şeyi dağıdıb, orada Ermənistan üçün xoşbəxtlik ola bilməz. Əgər Şuşa bizə lazım idisə, niyə ermənilər oranı tərk edəndə hər şeyi dağıdıb, məhv edib, yandırıb, qarət edirdilər. Mən öz gözlərimlə görmüşəm onlar bunu necə edirdilər".

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın Əməkdar artisti Samvel Baginyan "armLur.am"a müsahibəsi zamanı qeyd edib.

Erməni aktyor digər işğal edilmiş ərazilərdə törədilən dağıntılardan da danışıb: 

“Hələ mən Ağdamı, Cəbrayılı, digər şəhərləri demirəm. Ermənilər kütləvi dağıntılar törədirdilər. Əksər ermənilər bunu azərbaycanlılar oraya qayıda bilməsinlər deyə etdiklərini deyirdilər. Məgər bu, idiotizm deyilmi? Mən bu adamları axmaq adlandırardım”. 

Əməkdar artist torpaqların işğalının mənasız olduğunu söyləyib. Baginyanın Ermənistan hökumətinin işğal dönəmində Qarabağda hər hansı tikinti işləri görmədiyinə də diqqət çəkib: 

“30 il müddətində erməni hökuməti Şuşada bir dənə də olsun ev tikməyib, bərpa etməyib. Biz Şuşada bir dənə də olsun yeni bir şey inşa etməmişik. Biz bilirik ki, 1988-ci ilə qədər Şuşada azərbaycanlılar yaşayırdı, söhbət 90 % əhalidən gedir. Hətta İkinci Qarabağ müharibəsi zamanı şəhərdə cəmi 2-3 min erməni yaşayırdı. Səbəb nə idi? Bəlkə erməni xalğına Şuşa ümumiyyətlə lazım deyildi? Paşinyan özü bu şəhəri boz və bədbəxt şəhər adlandırır. Belə olan halda biz necə təsdiq edə bilərik ki, Şuşa bizə lazım idi?”. 

Həmin müsahibəni təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin