Baş nazir Nikol Paşinyan Yeni il təbrikində bildirib ki, ötən 2021-ci il Ermənistan üçün çətin il olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.
"2021-ci il müharibənin dəhşətlərindən yaranan sosial-psixoloji və siyasi böhranla başladı. Bəzən elə görünürdü ki, müharibədən sonrakı iğtişaşlar idarəolunmaz hala gələcək, xaosa və vətəndaş qarşıdurmalarına çevriləcək", - deyə o, qeyd edib.
"... Biz hələ müharibənin sarsıntılarından çıxmamışıq və hələ uzun müddət çıxa bilməyəcəyik. Bizim ideyalarımız, işimiz və çalışqanlığımız müharibənin və COVİD-in nəticələrinə cavabımız olmalıdır", - Ermənistan hökumətinin başçısı bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:17 / 01.01.2022
Paşinyan: “Hələ müharibənin sarsıntılarından çıxmamışıq”
Hazırda oxunan: Paşinyan: “Hələ müharibənin sarsıntılarından çıxmamışıq”
Hazırda oxunan: Paşinyan: “Hələ müharibənin sarsıntılarından çıxmamışıq”
53473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.