Saakaşvilinin tərəfdarları kütləvi aclıq aksiyasını dayandırdılar - SƏBƏB

Hazırda oxunan: Saakaşvilinin tərəfdarları kütləvi aclıq aksiyasını dayandırdılar - SƏBƏB

53466

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi aclıq aksiyasını dayandırıblar.

Bizim.Media “Sputnik Georgia” nəşrinə istinadən xəbər verir ki, 200-ə qədər insanın iştirak etdiyi aksiya dekabrın 21-dən Vahid Milli Hərəkatın (VMH) ofisinin yaxınlığındakı çadırlarda keçirilir.

VMH-ın lideri Nika Melia bildirib ki, aclıq aksiyası Saakaşvilinin özünün təcili müraciəti əsasında dayandırılıb.

“O dedi ki, əks halda özü aclıq aksiyasını bərpa etməyə məcbur olacaq, buna icazə verə bilmərik”, - Melia bildirib.

O, "Milli Hərəkat"ın mübarizənin yeni mərhələsinə keçdiyini açıqlayıb, lakin təfərrüatları açıqlamayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin