Ermənistanda Türkiyə məhsullarına embarqo ləğv edildi

Hazırda oxunan: Ermənistanda Türkiyə məhsullarına embarqo ləğv edildi

53266

Ermənistan hökumətinin iclasında Türkiyə istehsalı olan mallara embarqonun uzadılması məsələsi gündəlikdən çıxarılıb.

Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Bununla da 2022-ci il yanvarın 1-dən Türkiyə mallarına qarşı məhdudiyyətlər aradan qaldırılacaq.

Qeyd edək ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan malların ölkəyə buraxılmaması barədə qərarı 2020-ci il oktyabrın 20-də verib. Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minib, daha sonra yayda qərar dekabrın 31-nə qədər uzadılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin