“Ermənistan hökuməti Arazdöyən (Yerasx) – Culfa – Ordubad – Meğri - Horadiz dəmir yolunun Meğri hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlayır”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Ermənistanın baş nazirinin fikrincə, kommunikasiyaların açılması böyük imkanlar yaratmalıdır.
“Vurğulamalıyam ki, bəzi şəraitə görə regional kommunikasiyaların açılması mövzusunda müəyyən problemlər var, lakin onu da qeyd etməliyəm ki, bu, həm də böyük imkanları ehtiva edir”, - deyə hökumət başçısı bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan etmişdi ki, İrəvan Arazdöyən (Yeraşx) - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolu hissəsinin 45 km-ni bərpa edəcək.
Bizim.Media