Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli sabah istifadəyə veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
2 246 metr uzunluğunda olan “Pirinkayalar” tuneli Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirir.
Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.
Qeyd edək ki, tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında çıxış edəcək.
Bizim.Media