Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı anti-erməni sənədinin imzalanmasına icazə verilməməlidir.
Bizim.Media “yerevan.today” saytına istinadən xəbər verir ki, bu barədə dekabrın 28-də keçirdiyi mətbuat konfransında “Azadlıq hərəkatının” təşəbbüskarlarından biri, media eksperti Nairi Oxikyan bildirib.
"Ermənistanın hazırkı hakimiyyəti altında sərhədin delimitasiyası və demarkasiyası təhlükəsi ondan ibarətdir ki, Ermənistan dövlət səviyyəsində Ermənistan ərazilərindən, o cümlədən Naxçıvan və “Artsax”dan, Laçın, Kəlbəcər, Qubadlı və Zəngilandan imtina edə bilər", - Oxikyan qeyd edib.
Xatırladaq ki, 2-ci Qarabağ müharibəsində məğlubiyyətə uğrayan ermənilər 30 il işğalda saxladığı və müzəffər Ordumuz tərəfindən geri aldığı əraziləri hələ də öz torpaqları hesab edirlər.
Bizim.Media
- A-
- A
- A+
Region
15:09 / 28.12.2021
Ermənilər hələ də Laçın və Kəlbəcəri öz torpaqları hesab edirlər
Hazırda oxunan: Ermənilər hələ də Laçın və Kəlbəcəri öz torpaqları hesab edirlər
Hazırda oxunan: Ermənilər hələ də Laçın və Kəlbəcəri öz torpaqları hesab edirlər
52879
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.