“Qara siyahı”ya salınan rusiyalı deputat yenidən Xankəndinə getdi

Hazırda oxunan: “Qara siyahı”ya salınan rusiyalı deputat yenidən Xankəndinə getdi

52790

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov yenidən Qarabağa səfər edib.

Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində paylaşım edib.

“Mən məmnuniyyətlə “Artsax” (Qarabağda qondarma rejim) “prezidenti” Araik Arutyunyanla görüşdüm. Biz regiondakı vəziyyəti, müharibədən sonrakı dövrdə kilsələrin, xristian icmalarının və “respublika”da həyatın qorunub saxlanılması və bərpasının zəruriliyini müzakirə etdik”, deyə o, qeyd edib.

Xatırladaq ki, Vitali Milonov ərazilərə qeyri-qanuni səfərlərinə görə Azərbaycanın “qara siyahısı”na salınıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin