Gürcüstan 2021-ci ilin fevral ayından etibarən beynəlxalq aviareyslərə tətbiq olunan bütün məhdudiyyətləri ləğv etmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.
Nazir bildirib ki, pandemiya bütün dünyada ciddi problemlər yaradıb. Lakin bütün çətinliklərə baxmayaraq, hava limanlarının genişləndirilməsi üzrə infrastruktur layihələrinin icrası dayandırılmayıb.
Onun sözlərinə görə, artıq Kutaisi və Batumi aeroportlarının genişləndirilməsi layihələri yekunlaşmaq üzrədir. İşlərin fevral ayına qədər tam başa çatdırılması nəzərdə tutulub və bundan sonra həmin aeroportlardan beynəlxalq uçuşlara qoyulan qadağalar ləğv ediləcək.
“Yenilənən infrastruktur və genişlənən imkanlar qonaqlara və vətəndaşlarımıza daha yüksək səviyyədə xidmət göstərməyə imkan yaradacaq”, - deyə N.Turnava vurğulayıb. (Azərtac)
Bizim.Media
- A-
- A
- A+
Region
21:17 / 14.12.2020
Gürcüstan beynəlxalq uçuşları bərpa edir
Hazırda oxunan: Gürcüstan beynəlxalq uçuşları bərpa edir
Hazırda oxunan: Gürcüstan beynəlxalq uçuşları bərpa edir
5246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.