Rusiyanın Tümen şəhərindən İrəvana uçan sərnişin təyyarəsində qəza baş verib.
Bizim.Media "Sputnik Ermənistan"-a istinadən xəbər verir ki, “Utair” aviaşirkətinə məxsus təyyarənin mühərriki alovlanıb.
“Səfər saat 07:20-də olmalı idi. Uçuş zamanı mühərrik partladı. Uçuş ləğv edildi. Sərnişinlərin yarısı evə getdi. Axşama yeni reys vəd edilir”, - deyə sərnişinlərdən birinin qohumu bildirib.
Hadisə ilə bağlı məlumat “Roşino” hava limanından təsdiqlənib.
Bizim.Media