Nikol Paşinyan xəritələrdən danışdı: “Biz anklavların mövcudluğu üçün hüquqi əsas tapmadıq”

Hazırda oxunan: Nikol Paşinyan xəritələrdən danışdı: “Biz anklavların mövcudluğu üçün hüquqi əsas tapmadıq”

52386

“Sərhədlərin demarkasiyası və delimitasiyası olmalıdır, bunun üçün hansı xəritələrdən istifadə olunacağı ilə bağlı müzakirələr gedir. 1929, 1969, 1975-ci illərin xəritələri var”.

Bizim.Media “news.am” saytına istinadən xəbər verir ki, bunu dekabrın 24-də onlayn mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Biz indi onları ətraflı öyrənirik və görürük ki, müxtəlif xəritələrə görə, bizim yollarımız mütləq Ermənistan Respublikasının ərazisindən kənara çıxır. İndi isə ssenariləri müzakirə edirik: proseslər belə getsə, o zaman nə problemimiz olacaq, yoxsa yaranacaq? Əgər belədirsə, bunun öhdəsindən necə gələ bilərik?

1975-ci ilin xəritələrinə görə Berkaber kəndindəki əkin sahələrinin 90%-i hazırda Azərbaycanın nəzarətindədir.

Vazaşendəki torpaqların çox hissəsi 1990-cı illərdən Azərbaycanın nəzarəti altındadır. Paravakar kəndində əkin sahələrinin böyük hissəsi Azərbaycanın nəzarətindədir. Ayqexovit kəndinin əkin sahəsinin kiçik, lakin əhəmiyyətli hissəsi onların nəzarətindədir. Yəni, biz müxtəlif ssenariləri nəzərdən keçiririk, nüansları araşdırmaq lazımdır.

Ekranların qarşısında, təbii ki, deyə bilərəm ki, heç bir halda, bir qarış torpağı belə verməyəcəyik və s. Amma mən istəmirəm ki, qulaqlarımızı, gözlərimizi bağlayıb bəyan edək: biz heç nə hiss etmirik. Tarix boyu mövcud olan bütün hüquqi əsasları ortaya qoyuruq. Bu, danışıqlar üçün də lazımdır”, - Paşinyan bildirib.

O, Kirats-Voskepar (Qazax rayonu ilə sərhəddə)  dağlarından keçməklə alternativ yol çəkmək istəyi ilə bağlı məlumatlara toxunaraq bildirib ki, bu yol dağlardan keçmir:

“Əgər orada problem varsa, o zaman söhbət bir neçə kilometrdən, bəzən hətta 300-500 metrdən gedir”.

Baş nazir anklavlar məsələsinə də toxunub. “Anklavlarla bağlı çox danışılır. Biz hər şeyi gözdən keçirdik, lakin anklavların mövcudluğunun hüquqi əsasını tapa bilmədik. Bizə elə gəlir ki, bu bir il ərzində biz bütün mümkün sənədləri öyrənmişik. Hazırda belə bir əsas tapmırıq”, - Paşinyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin