Ermənistanın Armavir vilayətinin Parakar icmasında yerli özünüidarə orqanlarına keçirilən son seçkilərlə əlaqədar vəziyyət gərginləşib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “yerevan.today” saytı yayıb.
Mənbə yazır ki, “Həyat üçün ölkə” partiyasının nümayəndəsi Volodya Qriqoryan qalib gəldiyini bəyan edir, onun rəqibi David Minasyan isə mübahisə edir və bununla razılaşmır.
Nəticədə hər iki namizəd andiçmə mərasiminə administrasiyadan tərəfdar toplayıb.
Bir müddət sonra vətəndaşlarla polis arasında qarşıdurma yaranıb.
Polis “Həyat üçün ölkə” partiyasının tərəfdarlarını kənd icra hakimiyyətinin binasına buraxmayıb.
Bundan sonra partiyanın fəalları Zvartnots beynəlxalq hava limanına gedən yolu bağlayıblar.
Bizim.Media