Türkiyənin Qars şəhərindən Ermənistanın Gümrü şəhərinə dəmir yolu xəttinin açılması Ermənistan üçün böyük imkanlar yaradacaq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Gümrünün adını niyə dəyişməyiblər? – İrəvanın da qəbul etdiyi ŞOK FAKTLAR
"Geniş kontekstdə regionun belə imkanları var. Məsələn, Qars-Gümrü dəmir yolu xəttinin açılması Ermənistan və Türkiyə üçün böyük imkanlar, sabitlik və təhlükəsizlik üçün mühüm amil olan qarşlıqlı iqtisadi asılılıq yaradacaq. Türkiyə tərəfi bununla bağlı ictimaiyyətə açıqlamalar verir”, deyə o, qeyd edib.
Bizim.Media