Ermənistanın keçmiş mədəniyyət naziri Hasmik Poqosyan axtarışa verilib. O, həmçinin qiyabi həbs edilib.
Bizim.Media xəbər verir ki, bu informasiyanı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, “Xarici ölkələrlə mədəni əlaqələr üzrə erməni cəmiyyəti” ictimai təşkilatının idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın rəhbəri, Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və sədrin birinci müavini, keçmiş mədəniyyət naziri Ermənistan Hasmik Poqosyan cinayət sxemi yaradıblar.
Sovet dövründən bu qurum İrəvanın mərkəzində, Abovyan küçəsindəki köhnə binada yerləşib. Təşkilat sədrinin dəstəyi ilə Poqosyan bu binanı təşkilatın mülkiyyəti kimi qeydiyyata alıb.
Daha sonra təşkilat məhdud məsuliyyətli cəmiyyət yaradıb. Kapitalında isə 201 milyon dram (indiki məzənnə ilə - təxminən 400 min dollar) dəyərində qiymətləndirilən sözügedən bina və onun torpaq sahəsi yer alıb.
Beləliklə, bina kommersiya müəssisəsinin mülkiyyətinə keçib.
Nəhayət, sözügedən müəssisənin səhmlərinin 100%-i Britaniyanın Virciniya adalarında Poqosyanın gəlininin (Francesca Kutrup) adına qeydiyyatdan keçmiş şirkətə 550 min dollara satılıb. O, öz növbəsində səhmlərin 50%-ni Armen Smbatyanın dostu - Sarkis Martirosyana və Qor Davtyanın anası Adela Stepanyana satıb.
Armen Smbatyan və Qor Davtyanın istintaqı yekunlaşıb, iş ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.
Poqosyanın ibtidai istintaqı davam edir, onun barəsində axtarış elan edilib. Qiyabi həbs qətimkan tədbiri seçilib.
Təşkilata təhvil verilən bu bina 19-cu əsrin sonlarında tikilib və bir müddət xəstəxana kimi fəaliyyət göstərib və respublika əhəmiyyətli abidələr siyahısına daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:04 / 22.12.2021
Keçmiş mədəniyyət naziri axtarışa verildi - qiyabi həbs edildi
Hazırda oxunan: Keçmiş mədəniyyət naziri axtarışa verildi - qiyabi həbs edildi
Hazırda oxunan: Keçmiş mədəniyyət naziri axtarışa verildi - qiyabi həbs edildi
51918
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.