Bakıdan İrəvana gedən Overçuk Paşinyanla nəyi müzakirə etdi? – TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıdan İrəvana gedən Overçuk Paşinyanla nəyi müzakirə etdi? – TƏFƏRRÜAT

51892

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyamı erməni mediası yayıb.

Mənbə qeyd edir ki, görüşdə Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopırkin iştirak edib.

İqtisadi əməkdaşlıq üzrə Ermənistan-Rusiya hökumətlərarası komissiyasının iclası çərçivəsində Rusiya baş nazirinin müavininin rəhbərlik etdiyi idarələrarası nümayəndə heyəti İrəvandadır.

Nikol Paşinyan və Aleksey Overçuk Ermənistan-Rusiya əməkdaşlığı və iqtisadi əlaqələrin gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İrəvana gəlməzdən əvvəl Overçuk Bakıda olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin