Təbriz şəhərində 5 mərtəbəli binanın çökməsi nəticəsində 12 nəfər yaralanıb.
Bizim.Media "Fars" agentliyinə istinadən xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsinin direktoru Məhəmməd Baqir Hünərbər hadisə ilə bağlı son məlumatları açıqlayıb.
M.Hünərbərin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır. "Hadisəyə səbəb 1-ci mərtəbədə qaynaq balonunun partlaması olub. Ətrafdakı binalara ciddi ziyan dəyib. Həmin binaların sakinləri təxliyə olunub", - deyə o bildirib.
Bizim.Media