Gürcüstanın şimal-qərbində, tanınmamış "Abxaziya Respublikası"nda etiraz aksiyası keçirilir.
Bizim.Media xəbər verir ki, paytaxt Suxumidə minlərlə insan küçələrə axışıb.
Onlar mövcud rejimi koronavirusla mübarizədə uğursuzluqda, enerji böhranında və müxalifətçilərin təqibində ittiham edirlər.
Etirazçılar parlamentə girməyə çalışırlar.
Polis və hərbçilərin onlara atəş açdığı deyilir. (RİA Novosti)
Bizim.Media