Rusiyadan Paşinyana növbəti ŞAPALAQ – SƏFİR TƏYİNATI QALMAQALI

Hazırda oxunan: Rusiyadan Paşinyana növbəti ŞAPALAQ – SƏFİR TƏYİNATI QALMAQALI

51755

Əldə olan məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadakı səfiri Vardan Toqanyandan yaxa qurtarmaq istəyir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın “Past” qəzeti yayıb.

Mənbə yazır ki, Nikol Paşinyan bu vəzifəyə general Vaqarşak Arutyunyanı təyin etmək istəyir.

“Lakin Vaqarşak Arutyunyan rusların ürəyincə deyil və Rusiya bunu açıq şəkildə bildirib. Nikol Paşinyan diplomatik sahəyə daha bir qeyri-peşəkar kadrı sıxışdırmağa çalışır. Rəsmi Moskva isə atla gediş edərək Rusiya prezidentinin fərmanı ilə Vardan Toqanyanı Rusiya-Ermənistan arasındakı müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edir. 

Yeri gəlmişkən, həm Ermənistan, həm də Rusiya diplomatik korpusu əmindir ki, problem daha çox Vardan Toqanyanın şəxsiyyətində deyil, Nikol Paşinyanın növbəti perspektivsiz addımındadır. 

Diplomatların fikrincə, bu, Rusiyanın diplomatiyadan çox uzaq olan Paşinyana mesaj göndərdiyi növbəti şapalaqdır”, - deyə qəzet qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin