Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağdakı Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin hərbçiləri tərəfindən 4800-dən çox partlayıcı maddə zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verilib.
Məlumata görə, rus sülhməramlıları Xankəndi hava limanında ərazinin minalardan təmizlənməsini həyata keçirib.
Partlayıcı maddələrin axtarışı ev sahələrində, yol hissələrində və hava limanına bitişik ərazilərdə aparılıb.
Gün ərzində 8 hektara yaxın ərazi, 7 km yol örtüyü təmizlənib, 50 bina yoxlanılıb, 51 partlayıcı maddə aşkar edilərək məhv edilmək üçün çıxarılıb.
Ümumilikdə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 155 hektardan çox ərazi, 38 km-dən çox yol, 375 yaşayış binası təmizlənib, 4811 partlayıcı obyekt aşkar edərək zərərsizləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:52 / 14.12.2020
Xankəndi hava limanının ərazisi minalardan təmizlənib
Hazırda oxunan: Xankəndi hava limanının ərazisi minalardan təmizlənib
Hazırda oxunan: Xankəndi hava limanının ərazisi minalardan təmizlənib
5170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.