“Zəngəzurdan qoşunların çıxarılması ilə bağlı yazılı əmr olub” – ERMƏNİ DEPUTAT bəzi sirləri açdı

Hazırda oxunan: “Zəngəzurdan qoşunların çıxarılması ilə bağlı yazılı əmr olub” – ERMƏNİ DEPUTAT bəzi sirləri açdı

0:00
0:00
51571

Dekabrın 20-də keçirdiyi mətbuat konfransında “Hayastan” blokunun deputatı Qeqam Manukyan bildirib ki, 2020-ci ilin dekabrında qoşunların Zəngəzurdan çıxarılması yazılı əmr əsasında həyata keçirilib.

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, Qeqam Manukyan həmkarı Anna Qriqoryanla birlikdə bir il ərzində erməni qoşunlarının hansı şəraitdə və hansı sənədlər əsasında “sovet sərhədləri”nə geri çəkildiyini öyrənib. 

Yalnız 2021-ci il oktyabrın 27-də Nikol Paşinyan etiraf edib ki, yeni müharibədən qaçmaq üçün geri çəkilmək əmri verib. 

Daha sonra Manukyan Baş Qərargahdan cavab alıb, lakin bu, məxfi xarakter daşıdığından tam dərc etmək olmaz.

“Bir şey aydındır ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin imzaladığı yazılı əmrlə Ermənistan Silahlı Qüvvələrinin bölmələri və könüllü dəstələr Gorus-Qafan yolunun 21 km-lik hissəsindən 20 km geri çəkilib”, - deyə  Manukyan bildirib.

Onun sözlərinə görə, müdafiə naziri Suren Papikyan digər sorğuya cavab olaraq qeyd edib ki, məlum bəyanatlardan başqa İrəvanla Bakı arasında başqa üçtərəfli sənədlər imzalanmayıb. 

O vurğulayıb ki, 2020-ci ilin dekabrında ikitərəfli sənəd imzalanıb, lakin bu da məxfidir və ictimaiyyətə açıqlana bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin