“Ermənistan beynəlxalq aləmdə gücsüzdür” – Erməni deputat

Hazırda oxunan: “Ermənistan beynəlxalq aləmdə gücsüzdür” – Erməni deputat

51502

“Bu gün Ermənistan son dərəcə çətin vəziyyətdədir, beynəlxalq aləmdə heç vaxt bu qədər gücsüz olmayıb”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Daşnaksütyun partiyasının Ali Şurasının üzvü, parlamentdə Robert Köçəryanın “Ermənistan” blokunu təmsil edən deputat Armen Rüstəmyan tərəfdarları ilə görüşündə deyib. 

Həmin şəxslər 2021-ci ilin noyabr-dekabr aylarında keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak etmək üçün Daşnaksütyun və onun yaratdığı blokların siyahılarına daxil edilmişdilər. 

Deputatın sözlərinə görə, Ermənistanın bütün müstəqillik tarixində yerli özünüidarəetmə orqanlarına son seçkilər kimi biabırçı seçkilər təşkil olunmayıb və keçirilməyib.

“Bu seçkilərdə indiki hakimiyyət “demokratiya” adlı abidənin əsasını qoydu. Hakimiyyətin əzabları bu seçkilərin nəticələri ilə başlayacaq. Hər kəs bu vəbadan qurtulmağın yolunu tapmalıdır”, - deyə o, əlavə edib. 

“Bu hakimiyyətin səriştəsizliyi və şərəfsiz davranışı ucbatından biz o yerə çatmışıq ki, indi dövlətin itirilməsi prosesi gedir. Həyati əhəmiyyətli güzəştlər edirlər”, - deyə Rüstəmyan bildirib.
Deputatın fikrincə, indiki Ermənistan hakimiyyətinin güzəşt məsələsində “qırmızı xətti” yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin