“Qarşıdakı həftələrdə və aylarda Türkiyə ilə Ermənistan arasında sürətli və gərgin danışıqlar gözlənilir. Ancaq Ermənitanın maraqları nəzərə alınmayacaq, yalnız Türkiyə tərəfinin ilkin şərtləri təqdim olunacaq. Bu da yeni təslim və güzəştlərə gətirib çıxaracaq”.
Bizim.Media xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan öz Facebook səhifəsində yazıb.
MÖVZU İLƏ BAĞLI:
"Türk dəhlizi" açılsa, Zəngəzuru türklərə təhvil verəcəyik, “Artsax” məsələsini bağlayacağıq” – Erməni türkoloq
“Bu yaxınlarda Türkiyənin Ermənistanla münasibətlərdə əsas elçisi vəzifəsinə peşəkar diplomat, türk maraqları üzrə ekspert, səfir, erməni soyqırımını inkar etmək üçün müxtəlif anti-erməni təşəbbüslərini koordinasiya etməklə tanınan Serdar Kılıç təyin edilib.
Bu gün məlum olub ki, Ermənistanın maraqlarını ağırçəkili və ideoloji yönümlü antierməni diplomatla danışıqlar masası arxasında diplomatik təcrübəsi olmayan, danışıqlarda iştirak etməyən, müvafiq təhsili olmayan R.Rubinyan təmsil edəcək.
Ermənistan və bütün ermənilər üçün dövlətçiliyimizin mövcudluğu məsələsini həll edə biləcək bu əsas danışıqlarda Ermənistanın faktiki türkyönlü hökuməti məsuliyyət daşımaq üçün mümkün olan ən zəif adamları seçib.
Təəssüf ki, bu, sadəcə kadr səhvi deyil, Türkiyə və Azərbaycana növbəti güzəşt və məğlubiyyətdir. Xatırladım ki, həmin şəxs Türkiyə-Azərbaycan tezislərinin Ermənistanda tanınmış distribütoru - Liparityan adlı psevdo-alim tərəfindən ekspert məsləhətçi təyin edilib.
Deməli, tezliklə istənilən milli dəyər redaktə olunacaq. Məqsəd isə türkləri “incitməmək”dir. Bundan qaçmağın yeganə yolu anti-milli hökumətdən qurtulmaqdır”, - deyə o, qeyd edib.
Bizim.Media