Ermənistanın hər beşinci sakini hakimiyyətin yalnış siyasəti ucbatından ölkəni tərk edir.
Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın eks prezidenti Serj Serkisyan Ermənistan Respublika Partiyasının 17-ci qurultayındakı çıxışı zamanı deyib.
"Bu gün hər beş nəfərdən biri ölkəni tərk edir. İndi biz bu qurultayı keçirəndə insanlar "Zvartnots" hava limanından Ermənistanı göz yaşları ilə tərk edirlər. Bu il ölüm və doğum göstəriciləri bərabərləşib, demoqrafik böhran var", - Sarkisyan bildirib.
Ermənistanın üçüncü prezidenti hesab edir ki, belə acınacaqlı vəziyyətin yaranmasına səbəb “vətəni olmayan” və “xalqı aşağılayan” hakimiyyətin yalnış siyasətidir.
Qeyd edək ki, Sarkisyanın prezidentliyi dövründə 10 il ərzində 373 min insan Ermənistanı tərk edib və geri qayıtmayıb (illik orta hesabla təxminən 37 min).
Bizim.Media