"Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün regionda münasibətlərin normallaşması arzusunda səmimidir".
Bizim.Media "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Böyük Millət Məclisindəki çıxışında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Fuat Oktay xalqımızı "Twitter"də belə təbrik etdi - FOTO
O bildirib ki, Türkiyə Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək başlatdığı haqq işini, Vətən müharibəsini qətiyyətlə dəstəkləyib:
"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz 3+3 formatında Regional Əməkdaşlıq Platformasının ilk iclası ötən həftə keçirilib. Türkiyə təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusunda səmimidir. Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olacaq və Azərbaycanla yaxın koordinasiyada həyata keçiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün inklüziv əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq".
Bizim.Media