Stepan Qalstyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
Müvafiq sənəd cümə axşamı prezidentin saytında yerləşdirilib. Bu barədə fərman baş nazir Nikol Paşinyanın təklifi ilə imzalanıb.
Qalstyan oktyabrın 2-də yararsız təyyarə raketlərinin alınması ilə bağlı cinayət işi çərçivəsində həbs edilib, lakin bütün bu müddət ərzində o, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini postunu saxlayıb.
Bizim.Media