Ukraynanın beşinci prezidenti, Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko gözlənilmədən Rada telekanalının canlı yayımında studiyaya daxil olaraq münaqişəli vəziyyət yaradıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Ukrainskaya pravda” nəşri yayıb.
Mənbə yazır ki, Poroşenko parlament binasında yerləşən studiyaya daxil olan zaman canlı yayımda hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Danil Getmantsevlə söhbət aparılırmış.
O, aparıcılara yaxınlaşaraq arxası kameraya tərəf dayanıb və telekanalın deputatların işinə mane olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Sabiq prezidentin üzünə “zelyonka” atıldı - VİDEO
Poroşenko masa arxasında oturmaq və söhbətə qoşulmaq dəvətindən imtina edib. Daha sonra siyasətçi kameralara çevrilərək “vergi ödəyicilərinin vəsaitlərinin qanunsuz olaraq parlament telekanalının yenilənməsinə xərcləndiyini” bəyan edib.
Poroşenko jurnalistlərin ona təklif etdiyi mikrofondan da imtina edib və sonda studiyanı tərk edib.
Eks-prezident davranışını həddindən artıq emosiyalara qapılmağı ilə əlaqələndirib.
Bizim.Media