Lirə yenə də ucuzlaşır - Ərdoğan daha 2 nəfəri vəzifəsindən azad etdi

Hazırda oxunan: Lirə yenə də ucuzlaşır - Ərdoğan daha 2 nəfəri vəzifəsindən azad etdi

50968

Türkiyənin milli valyutası - lirə cümə axşamı dollar qarşısında 15,21 lirəyə kimi ucuzlaşaraq növbəti dəfə rekord qırıb. 

Bizim.Media xəbər verir ki, bunu onlayn birja ticarət məlumatları sübut edir.

İlin əvvəlindən Türkiyə valyutası iki dəfə devalvasiyaya uğrayıb ki, bu da son illərdə milli valyutanın dəyərində ən böyük enişlərdən biri olub.

Bunun fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün maliyyə və xəzinə nazirinin iki müavinini vəzifəsindən azad edib. Müvafiq fərman hökumətin rəsmi qəzeti “Resmi Gazete”də dərc olunub. Məlumata görə, Şakir Ercan Gül və Mehmet Hamdi Yıldırımın yerinə Mahmut Gürkan və Yunus Elitaş təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə bir dollar 15 lirəni keçdi


Bundan əlavə, Türkiyə hökuməti gələn il üçün əlavə büdcəni parlamentə təqdim etməyi planlaşdırır, çünki lirənin kəskin ucuzlaşması maaşların və digər xərclərin artması ilə əlaqədar mövcud büdcəyə təzyiq göstərib. İnformasiyanı “Duvar” nəşri iki məmurun bəyanatına istinadən yayıb. 2022-ci ilin əsas büdcəsi parlamentdə müzakirə və təsdiqlənmənin son mərhələsindədir.

Eyni zamanda, rəsmilər əlavə büdcədə minimum əməkhaqqının, pensiya ödənişlərinin və dövlət qulluqçularının əməkhaqqının artırılmasını, habelə milli valyutanın ucuzlaşmasından zərər çəkən müəssisələrə dəstək üçün digər tədbirlərin nəzərə alınacağını bildiriblər. 

"Cari büdcə məhduddur və koronavirusun yayılması və iqtisadiyyatın inkişafı üçün artırılmalıdır ... Hökumət əlavə xərcləri ehtiva edən əlavə büdcə layihəsi üzərində işləyir". Yüksək səviyyəli bir məmur belə deyib.

Türkiyədə büdcə kəsiri bu il ÜDM-in 1,5%-nə düşüb və ilin sonunadək və gələn il 3,5%-ə yaxın olacağı proqnozlaşdırılır.
 

Nəşrin mənbələri onu da bildiriblər ki, əlavə büdcə parlamentdə bu həftə gözlənilən əsas büdcənin müzakirəsi başa çatdıqdan sonra təqdim olunacaq. Maliyyə Nazirliyi bununla bağlı şərh verməkdən imtina edib.


Mənbələr keçən ay Reuters-ə bildiriblər ki, hökumət ölkənin nisbətən güclü büdcəsindən istifadə edərək yüksək inflyasiya ilə mübarizə aparan aztəminatlı ailələrə dəstək olmaq üçün maaşları artırmağa və vergiləri azaltmağa hazırlaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin