Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələsi ilə bağlı parlamentin növbədənkənar iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyası iştirak etməyib.
İclas müxalif “Ermənistan” blokunun təşəbbüsü ilə keçirilib.
Bizim.Media “verelq.am” saytına istinadən xəbər verir ki, 30 deputat qeydiyyatdan keçib, kvorumu təmin etmək üçün isə 54 deputat lazım olub.
Bundan əvvəl mətbuatda Paşinyanın partiyasının iclası pozmaq niyyəti ilə bağlı məlumatlar yayılmışdı. Dekabrın 7-də hakim çoxluq delimitasiya və demarkasiya məsələsi ilə bağlı bəyanata baxılmasını növbəti plenar iclasın gündəliyinə daxil etməkdən imtina edib.
“Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Konjoryan cavab verib ki, bəyanatın mətni daxili siyasi məzmun daşıyır və şəxsi məqsədlər güdür.
Bizim.Media