Ermənistanda yüksək rütbəli zabitlər həbs edildi

Hazırda oxunan: Ermənistanda yüksək rütbəli zabitlər həbs edildi

50463

Ermənistan Mərkəzi Hərbi Prokurorluğu dələduzluq və mənimsəmə faktı üzrə cinayət işi açıb. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, iş çərçivəsində dörd zabit saxlanılıb, onlardan ikisi həbs edilib. 

Bu barədə bazar ertəsi Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq materiallarına görə, hərbi hissələrdən birinin komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik A.K. bu ilin iyul ayında həmin bölmənin geyim xidmətinin rəisi polkovnik-leytenant T.P. ilə əlbir olub, nazirliyin altı çadırını mənimsəyib və 44 günlük müharibə zamanı onların itirildiyini müvafiq sənədlərdə göstərib.

Çadırların ümumi dəyəri təxminən 6,7 milyon dram (təxminən 13,5 min dollar) olub.

Daha sonra adıçəkilən zabitlər bu əmlakı Müdafiə Nazirliyinə satmaq qərarına gəliblər. Bununla bağlı A.K. Silahlı Qüvvələrin Baş Qərargahının arxa cəbhə idarəsinin geyim xidmətinin rəisi, polkovnik A.T., onun qardaşı E.K. və dostu K.P. ilə müqavilə bağlayıb.

Oğurladıqları çadırları avqust ayında müqavilə ilə Müdafiə Nazirliyinə “satmağa” nail olublar.

Cinayəti törətməkdə şübhəli bilinən A.K., A.T., E.K. və K.R. saxlanılıb, daha sonra A.K barəsində həbs-qətimkan tədbiri seçilib. və A.T. haqda ərazini tərk etməmək barədə yazılı öhdəlik seçilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin