İrəvanda avtobus sürücüləri tətil edir – SƏBƏB - FOTO

Hazırda oxunan: İrəvanda avtobus sürücüləri tətil edir – SƏBƏB - FOTO

0:00
0:00
50409

İrəvan şəhərində dekabrın 13-də avtobus sürücülərinin bir hissəsi etiraz əlaməti olaraq işə çıxmayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan mətbuatı yayıb.

Mənbə yazır ki, dayanacaqda bir qrup sürücü toplaşıb. Onlar Ermənistan paytaxtının meri Ayk Marutyanla görüşmək və ona tələblərinin adlarını sadalamaq istəyirlər.

Nəticədə avtobusların xəttə çıxmaması səbəbindən çoxlu sayda vətəndaş dayanacaqlarda qalıb. Şəhər sakinləri işə gedə bilmirlər. Taksi xidmətləri ümumiyyətlə sifarişlərə cavab vermir və məşhur resurslardan biri taksi çağırışının minimum qiymətini 600-dən 1500 drama qaldırıb.

"Bizə normal maaş versinlər, şərait yaratsınlar. Sürücülər yanacaqdoldurma məntəqələrində saatlarla növbəyə dururlar, gecə yarısı çəni qazla doldururlar, səhər saat 07:00-da xəttə çıxırlar". Etirazçılar belə deyib.

Şəhər meriyası baş verənləri təxribat adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin