Arutyunyanın Şuşa ilə bağlı qalmaqallı səsyazısı yayıldı

Hazırda oxunan: Arutyunyanın Şuşa ilə bağlı qalmaqallı səsyazısı yayıldı

5040

Separatçı rejim rəhbəri Arayik Arutyunyanın qalmaqallı səs yazısı yayılıb.

Bizim.Media xəbər verir ki, səsyazısı “Teleqram” kanallarına naməlum şəxslər tərəfindən ötürülüb.

Bununla bağlı erməni mətbuatında məqalə də dərc edilib. Yazıda bildirlir ki, Arutyunyan telefonda Şuşa döyüşlərindən danışır və şəhərin biabırçı şəkildə əldən getməsindən gileylənir.

Səs yazısında Arayik döyüşlər zamanı Ermənistanın qondarma rejimə hərbi yardım etməməsini də söyləyir.

“Telefon danışığını əks etdirən səs yazısından da göründüyü kimi Ruslan İsraelyanın səsinə bənzəyən biri yardım istəyir. Bəlkə də Ruslanın səsini qarışdırırıq. Amma xəttin digər tərəfindəki dəqiq Arayik Arutyunyanın səsidir”, - deyə məlumatda bildirilib.

Qeyd edilir ki, həyəcanlı şəkildə “onlar gəlirlər, onlar gəlirlər” deyib təkrarlayan şəxs Şuşada olan separatçı komandirlərdən biridir.

Danışıq isə qondarma rejimin mətbuat katibi olmuş Vəhram Poqosyanın Şuşanın Azərbaycan hərbçiləri tərəfindən azad olunmasını elan etməsindən dərhal sonra baş tutub. Həmçinin səs yazısında Arayik Arutyunyan aciz şəkildə deyir ki, artıq 10 gündür Ermənistandan kömək istəyir, müraciətlərinin heç bir nəticəsi yoxdur.
 

Arutunyan deyir: "Mən məcburam 2-3 nəfər şikəst adamla Stepanakerti (Xankəndi-red) qorumağa. Bizdə nə texnika, nə də ki adam qalıb".

Onun bu sözlərinə isə naməlum biri : "Paşinyan hec kimi gondərməyib? İstiyirsənsə onun məsələsini həll edək, arvadını, uşaqlarını öldürək" -deyə cavabı verir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin